Bu yerlərə əsla GETMƏK OLMAZ! – Vətəndaşlara XƏBƏRDARLIQbackend
Cəmiyyət
328

Bu yerlərə əsla GETMƏK OLMAZ! – Vətəndaşlara XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş rayonlarda minadan təmizlənmiş ərazilərdə gəzəndə qorxuram. 1992-ci ildə minaya düşmüşəm. Ondan bəri meşəyə gedəndə və ayağımın altında bir ağac tıqqıldayanda ürəyim düşür. Mina çox təhlükəli silahdır. Anlaya bilmirəm ki, insan öləcəyi riskini gözə alaraq minalanmış ərazilərdən necə keçə bilər. İnsan və ya texnika bir yerdən 50 dəfə keçər, onun birində minaya düşə bilər. İnsanlar bu təhlükəni anlamalıdırlar.

APress.az xəbər verir ki, bu sözləri Minalardan Zərərçəkənlər Assosiasiyasının rəhbəri Rey Kərimoğlu İctimai televiziyada “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.

Ekspert bildirib ki, müxtəlif növ minalar var:

“Hamı bilir ki, o istiqamətlər minalarla dəhşətli dərəcədə çirklənib. Minadan başqa, partlamamış qumbaralar, illərlə qalan və çürüyən silah-sursatlar var. Onlara toxunan kimi partlaya bilər. Əgər dövlət orqanları o ərazilərə daxil olmağı qadağan edirsə, deməli, getmək olmaz. Bunun qarşısını almaq üçün hər 10 metrdən bir polis və ya qoşunmu qoymaq lazımdı? O ərazilərə gedən insanlar hansı düşüncənin sahibidir? 2-3 yaşında körpəni ata hansı ağılla ora aparıb? Efirlər və bütün mətbuat bar-bar bağırır ki, getmək olmaz. Hüquq-mühafizə orqanları, prokurorluq, fövqalədə hallar, ziyalılar və hərbiçilər yalvarır ki, getməyin, təhlükəlidir. Yenə də gedirlər…”

Rey Kərimoğlu qeyd edib ki, mina basdırılmasının xüsusi qaydası var:

“Minalar əsasən su hövzələrində, qəbristanlıqlarda, keçidlərdə, cığırlarda, meyvə ağacları və ərzaq anbarlarının yaxınlığında basdırılır. Bu, ən sadə məntiqdir. Ermənilər bilir ki, həmin su hövzələrində işlər aparılacaq. Onlar ərazilərdən çıxmazdan əvvəl meyvə sahələrini, xüsusilə nar və üzüm ağaclarının ətrafına bacardığı qədər minalar basdırıb. Sapyorlarımız o ərazilərdən nə qədər mina təmizləyiblər. Bu yaxınlarda təmizləndiyi deyilən kənddən yenidən 50 dənə mina çıxarıldı. Bu, olduqca ciddi, çətin və qəliz məsələdir. Problemin yeganə həll yolu vətəndaş məsuliyyətidir, deyilənləri eşitməliyik.

Əlbəttə ki, həm ordu, həm də digər orqanlar tərəfindən bu sahədə ciddi işlər aparılır. Bu təbliğatın nəticəsidir ki, minaya düşən azdır. Təbliğat olmasa daha çox olardı. Təkid edirəm ki, təbliğatı daha da genişləndirək. Pandemiya ilə bağlı evdə qal kompaniyası aparıldı. Təklif edirəm ki, minadan qorunmaq üçün ziyalarımız, tanınmış şəxsiyyətlərimiz, millət vəkilləri və ziyalılarımız böyük bir ictimai kompaniya təşkil etsin. Əgər hər hansı tədbir görməsək, minaya düşənlərin sayı artmağa davam edəcək.

Tədqiqatlara əsasən, Birinci Qarabağ müharibəsində təxminən 2500 nəfər minaya düşüb yaralanıb, 400 nəfər isə həlak olub. Bu, 2008-ci ilə qədərki statistikadır. Son bir neçə ayda isə mina partlaması nəticəsində 30 nəfər dünyasını dəyişib. Bu, böyük rəqəmdir və qarşısı alınmalıdır”.

Publika