Müğənni Rəqsanə İsmayılovanın Rusiyada işləməyə gedən müğənnilərlə bağlı dediyi sözlər ətrafında qalmaqal bitmək bilmir.
APress.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Əməkdar artist Nigar Şabanova ilə Rəqsanə və qızı Aysun İsmayılova arasında qalmaqal yaşanıb. Belə ki, Nigarın verilişlərdən birində dediyi “Aydan arı, sudan duru olub. Niyə? Niyə bir-birinizio gözdən salırsız? Kişi-kişi danışdım, dünənimi yaddan çıxardım, bu gün hamının ayıbını açdım, hamı məni sevəcək. müəyyən yaşı, keşmə-keşli həyat yolu var” sözləri qarşı tərəfi özündən çıxarıb.
Rəqsanə Nigarın ünvanına təhqirlər səsləndirərək, onu tanımadığını deyib:
“Tanımıram kimdir, danışmaq istəyib. Ad çəkməyib, amma mənim işlətdiyim sözlərlə bağlı mövzu qoyulub və o da deyib. Eşitdim ki, “Əməkdar artistdir”, şəxsi münasibətim yoxdur. Mələkxanım Əyyubovanın tələbəsidir. Nigar xanım, ola bilər “Əməkdar artist”sən, amma sənin başın üçün deyil mənim haqda danışmaq. Çaşma, çaşanı aşırdıram. Ağzını başla, otur yerində. Başın girməyən yerə, bədənini soxma. Sənin üçün Mələkxanım deyiləm. Nə demişəm, əcəb etmişəm. Keçmişim deyirsən, nəyim olub?
İfaçının qızı Aysun İsmayılova isə Nigarın meyxanaçı Tərlan Novxanılı ilə eşq yaşadığını iddia edib.
Nigarın qarşı tərəfə cavabı gecikməyib. O, qarşı tərəfə xəbərdarlıq edib:
“Çox heyif, bu gün qadınlığını itirib, danışığı bilməyənlərə. Fikrin nədənsə, məhz elə Rəqsanə İsmayılovanı qıcıqlandırıb. Mən hörmət edən xanımam, uşaq deyiləm, dünyanın yarıdan çoxunu gəzib sənətlə məşğul olub, çoxlarının yuxuda belə görmədiyi səhnələrdə çıxış etmişəm. Nə toy oxumağımı, nə də boş-boş kiminsə hesabına efirlərdə göbəyimi kişilərə reklam etmişəm. Fikir bildirmişəm, bəli, bu gün İnstaqramdan pozitivlik almaq olmur. Nəinki siz, 80 faiz müğənnilər çıxıb bir-birinin eyibini açır. Hansı ki, hamısının səhvi var. Qadın birliyi, xanımlıq – hamısı itib. Heç kimdən qorxan qız olmadım, olmaram da. Sözüm olanda çıxıb mərdcə ad çəkib danışmışam. Namərdcə ad gizlətməmişəm.
Qaldı meyxanaçıya… Tərlan Novxanılı ilə duetim olub, qardaş kimidir mənə. Onun xanımı mənə əziz insandır. O kənardan namusa toxunan kim idisə, onu mənə sübut etməsə elə cəmiyyət qarşısında sübut etməsə ən pozğun qadın özüdür. Sizə bu danışıqları yaraşdırmadım. Yaşda sizdən kiçik olsam da, sadəcə, ayıb olsun. Bədbəxtşiliyimiz elə burasındadır ki, zənglə danışıb problemlərimizə aydınlıq gətirə bilmirik. Bu gün hamı süddən çıxmış ağ qaşıq olub”.