“Caspian İnternational Hospital”dan vətəndaşlara hörmətsizlik – Çağrı mərkəzi niyə işləmir?backend
Cəmiyyət
348

“Caspian İnternational Hospital”dan vətəndaşlara hörmətsizlik – Çağrı mərkəzi niyə işləmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Məhəmmədəli Qəribli özünün sosisl media hesabında “Caspian İnternational Hospital”-ın vətəndaşlara etdiyi hörmətsiliklə bağlı post paylaşıb. Azinforum həmin paylaşımı təqdim edir:

“Bir neçə gündür ki, bu xəstəxananın çağrı mərkəzi işləmir. Heç bir telefona cavab vermirlər.

Səbəbini bununla izah edirlər: “ Çağrı Mərkəzimizdə işləyən xanım məzuniyyətə çıxıb”. Siz bu klinikanın sosial məsuliyyət dərkinə bir baxın.

Pul gələn yeri bir saat da olsun boş qoymazlar. Klinikada pul toplayan kimsə, ölsə belə, meyiti basdırılmamış tapıb yerinə birini qoyarlar ki, amandı birdən kəsirləri gələr.

Görün, vətəndaşlara xidmət göstərən sahəyə isə necə barmaqarası yanaşırlar. Lap Təhsil Nazirliyinin Mətbuat Xidməti Cəsarət Valehovun medianın başına gətirdiyi hadisəyə oxşadı.

Adam gedib ABŞ-da hansısa kursda 9 aylıq təhsil aldı, həmin müddətdə hansı jurnalist Nazirliyə zəng vurub münasibət öyrənmək istədisə: “ Cəsarət müəllim ABŞ-dadı”- cavabını aldı”.

Azinforum.az