Dizayner və iş adamı Viktoriya Bekhem pop-ulduz Castin Biberdən qeyri-adi hədiyyə alıb.
Bu barədə o, öz “Instagram” səhifəsində məlumat verib.
Xanım Bekhem ifaçının ona göndərdiyi bir cüt başmağın şəklini çəkərək, izləyicilərindən məsləhət alıb. Pərəstişkarlarının çoxu 60 dollarlıq bənövşəyi “Crocs” başmaqlarının ona yaraşmadığını bildirib.
Keçmiş “Spice Girls” hədiyyəyə görə Biberə təşəkkür edib və bu başmaqları heç zaman geyməyəcəyini bildirib.