Cavid Qurbanovdan 34 minlik şübhəli müqavilə – Şirkət özünü niyə gizlədir?backend
Araşdırma
505

Cavid Qurbanovdan 34 minlik şübhəli müqavilə – Şirkət özünü niyə gizlədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin Müfəttişliyi bu gün iki satınalma müqaviləsi bağlayıb. 

APress.az Hit.az-a istinadən xəbər verir ki, toplam maliyyə dəyəri 34 382.02 AZN olan hər iki müqavilə “Kaspian-Standart” MMC ilə imzalanıb. Müqavilələrdə dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların və mətbəə mallarının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Kaspian Standart” MMC-nin 17 mart 2008-ci ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əmirov Elnur Nəriman oğludur.

“Kaspian Standart” MMC 13 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə haqqında hər hansı məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Elnur Əmirovla bağlı da məlumatlar məhduddur.

MMC-nin reyestr sənədlərində 16 sentyabr 2020-ci il tarixində dəyişiklik olub. Bu dəyişiklikdən sonra şirkət 7 satınalma müqaviləsi bağlayıb.

“Kaspian-Standart” MMC ilə bağlanan satınalma müqavilələrinə diqqət etdikdə məlum olur ki, şirkət çoxprofillidir. MMC kitab satışı, yolların, su xətlərinin təmiri, dəftərxana və təsərrüfat mallarının satışı, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi, yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması  ilə məşğuldur. 12 ildən çox, özü də müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkət haqqında internet resurslarında heç bir məlumatın olmaması, MMC-nin birdən-birə tenderlərdə qalib gəlməsi müəyyən şübhələrə yol açır.