Çempionlar Liqasında ikinci finalçı müəyyənləşirbackend
İdman
276

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Sfera.az-ın məlumatına görə, bununla da turnirin ikinci finalçısı bəlli olacaq.
İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” komandaları həlledici qarşılaşmaya son vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan “zadəganlar” Londonda bu üstünlükdən yararlanmağa çalışacaq. İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Sadəcə, Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqdir. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.
UEFA Çempionlar Liqası, yarımfinal
 
Cavab oyunu
 
23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)
İlk oyun – 1:1
Qeyd edək ki, Çempionlar Liqasında ilk finalçı artıq bəllidir. Yarımfinalın digər cavab oyununda İngiltərədə Fransanın PSJ komandasını 2:0 hesabı ilə məğlub edən “Mançester Siti” tarixində ilk dəfə turnirin həlledici oyununa vəsiqə qazanıb.