NATO liderləri sammitinin yekun bəyannaməsində Çinə geniş yer verilməsi və bu ölkənin “təhdid” kimi təsvir edilməsi Çin rəhbərliyi tərəfindən sərt reaksiya ilə qarşılanıb.
APress.az xəbər verir ki, Çinin Avropa Birliyinin (AB) Brüsseldəki nümayəndəliyi bu barədə açıqlama yayıb.
Açıqlamada deyilir:
“NATO, Çini qanuni mənafeləri və hüquqlarını idarə etmək, qarşıdurma yaratmaq və geosiyasi rəqabəti artırmaq üçün bir bəhanə olaraq görməyi dayandırmalıdır”, – deyə bildirilib. Heç kimə sistemli meydan oxumayacağıq, amma kimsə bizə sistematik bir meydan oxumaq istəsə, laqeyd qalmayacağıq”.
Bundan başqa Çinin hər zaman “dinc inkişafa” sadiq olduğu da vurğulanıb.