Çin höküməti koronavirusun ən təhlükəli ştamı hesab etdikləri “Delta” variantının qarşısını ala bilməkdə qeyri-effektivlik göstərən onlarla məmur cəzalandırılıb.
APress.az xəbər verir ki, buna görə Çində 40-dan çox yerli məmur Delta variantının yayılmasına nəzarət edə bilmədiklərinə görə cəza alıb.
Rəsmi açıqlamalara görə, ölkə daxilində yerli hökumətlərin, sağlamlıq komissiyalarının, xəstəxanaların və hava limanları rəhbərlərinin ən az 47 məmuru səhlənkarlığa görə cəzalandırılıb.
Qeyd edək ki, ilk dəfə Çinin şərqindəki Nanjinq şəhərində ortaya çıxan epidemiya, Çinin 31 əyalətinin yarısından çoxuna yayılıb və üç həftə ərzində mindən çox simptomatik infeksiyaya səbəb olub.
Unikal.org