Çində DƏHŞƏT: 18 nəfər diri-diri yandı, çox sayda yaralı varbackend
Dünya
251

Çində DƏHŞƏT: 18 nəfər diri-diri yandı, çox sayda yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Hınan vilayətində əlbəyaxa döyüş sənəti mərkəzində baş verən yanğında 18 nəfər ölüb, 16 nəfər müxtəlif növ bədən xəsarəti alıb.

APress.az vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə Şançiu şəhərinin Ceçen qəsəbəsində səhər saat 3 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər bir neçə saat sonra yanğını nəzarət altına ala biliblər. Yaralılar xəstəxanalara yerləşdiriliblər, onlardan 4-nün vəziyyəti ağırdır.

Hadisə yerində axtarış işləri aparılır. Yanğının hansı səbəbdən baş verdiyi və hadisə zamanı binada neçə nəfərin olduğu bilinmir.