Günlərdir davam edən İsrail-Fələstin müharibəsində ölənlərin sayı 220 nəfərə çatıb.
APress.az xəbər verir ki, bir sıra ölkələr müharibəni dayandırmağı və atəşkəs bağlamağın vacib olduqlarını bildiriblər. Bu dəfə bütün xəbərdarlıqlara məhəl qoymayan İsrailin qəzəbinə səbəb olan addım Çindən gəlib.
Belə ki, Çinin rəsmi televiziyasında yəhudilərə qarşı düşmənçiliyi ehtiva edən antisemit xəbərlər yayımlayıb. Bununla da İsrailin Pekindəki səfiri vəziyyətə etiraz edərək, Çin mətbuatına xəbərdarlıq edib.
Qeyd edək ki, İsrail 10 maydan bəri işğal etdiyi Fələstin torpaqlarında yaşayan insanlara hücum etməyə davam edir. 2014-cü ildən bəri ən güclü şiddətin müşahidə olunduğu bölgədə İsrail hücumlarında insan itkisi son 10 gündə 220-yə yüksəlib. Bu hücumlarda bir çox xəstəxana, xeyriyyə və media təşkilatı da zərər görüb.
Unikal.org