Bu günlərdə 26 yaşındakı Kataluna Enrikes ABŞ-da bir gözəllik yarışmasında qalib gəldiyini elan edərkən sosial şəbəkələrdə partlayış olub.
APress.az Lent.az-a istinadla bildirir ki, transgender qız “Miss Gümüş Ştat” olub və bu ona “Miss Nevada” titulu uğrunda mübarizə aparmasına imkan verir.
Model əvvəllər oğlan olduğu üçün keçmişi haqqında nəsə yaymaq istəmir və bu onun üçün həssas bir mövzudur.
Kataluna tez-tez müxtəlif gözəllik yarışmalarında iştirak edir, lakin həmişə ona qarşı hörmətsiz yanaşılırdı.
Bir dəfə də təşkilatçılar modelin həqiqətən qız olduğunu təsdiqləyəcək tibbi arayış da tələb ediblər.