Xəbər veriyimiz kimi Fulya Öztürk CNN-Türk-dən ayrılıb.
Aparıcı bununla bağlı Publika.az-a özəl açıqlama verib.
O bildirib ki, yeni kanalda da ölkəmizə dəstək olmağa davam edəcək: “Həftənin 5 günü canlı veriliş aparacağam. İnsanlara dəstək ola biləcəyim bir verilişdir. Çox sevdiyim CNN Türk-dən ağlaya-ağlaya ayrıldım. Ora evimdir. Bu, başqa bir formatda olacaq. Fox TV çox gözəl kanaldır. Yeni kanalda da Azərbaycanın yanında olacağam”.