COVID-19 ölümlərindən XİLAS YOLUbackend
Dünya
306

COVID-19 ölümlərindən XİLAS YOLU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağız boşluğunun gigiyenası koronavirus infeksiyasından ölüm riskini azaltmağa kömək edə bilər.

APress.az xəbər verir ki, dünya alimlərinin araşdırmasının nəticələri “Journal of Oral Medicine and Dental Research” jurnalında dərc edilib.

Əvvəlcə virus ağciyərdəki qan damarlarını zədələyir, sonra tənəffüs yollarına keçir. Buna tüpürcəkdə və periodontitdə yüksək infeksiya konsentrasiyası səbəb olur. Yəni diş kökü ilə sümük yuvası arasındakı bağ toxumasının (periodontal) iltihabı ölüm riskinin artması ilə əlaqələndirilir.

Tədqiqatçılar diş ərpinin yığılmasının və periodontal iltihabın SARS-CoV-2 virusunun ağciyərlərə nüfuz ehtimalını daha da artırdığını və daha şiddətli iltihaba səbəb olduğunu təxmin edirlər. Buna görə mütəxəssislər hər cür riskləri azaltmaq üçün ağız boşluğunun gigiyenasına riayət etməyi məsləhət görürlər. Vaxtında fırçalama, ağzınızı yaxalamaq üçün maye və ya duzlu suyun istifadəsi ərpin öhdəsindən effektiv şəkildə gəlməyə kömək edəcək.

Publika.az