Nəticələri “Scientific Reports” jurnalında yayımlanan araşdırmada iqlim şəraitinin koronavirus infeksiyasına təsir etdiyi bildirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmada 117 ölkəyə aid iqlim şəraiti ilə yanaşı, koronavirusla əlaqəli test sayı, əhali sayı və sağlamlıq xidmətləri təhlil edilib. Əldə edilən nəticələrdən məlum olub ki, isti iqlim şəraitinin hökm sürdüyü ölkələrdə soyuq iqlimə malik ölkələrlə müqayisədə COVID-19-a yoluxma sayı daha aşağıdır. Tədqiqatçılar buna baxmayaraq, hər kəsi diqqətli olmağa səsləyib.
Alimlər bildirib ki, bu nəticələr infeksiyanın yay aylarında yox olacağını vəd etmir. Yay aylarında isti hava və ultrabənövşəyi şüalar COVID-19-a qarşı görülən tədbirləri dəstəkləməyə xidmət edir.