COVID-19 vaksini ilə bağlı ümidverici xəbər: 12 həftə fasilə ilə…backend
Dünya
358

COVID-19 vaksini ilə bağlı ümidverici xəbər: 12 həftə fasilə ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Birmingham Universiteti tərəfindən aparılan araşdırma zamanı Almaniya istehsalı olan “Pfizer/BioNtech” peyvəndinin iki dozasını 12 həftə fasilə ilə qəbul edən 80 yaşdan yuxarı şəxslərlə 3 həftə fasilə ilə qəbul edənlər arasında müqayisə aparılıb. Məlum olub ki, 12 həftə fasilə ilə tətbiq edilənlərdə 3,5 dəfə çox COVID-19 antiteli formalaşıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmada 80 yaşdan yuxarı 175 nəfərə 3 və ya 12 həftəlik fasilələrlə COVID-19 əleyhinə peyvənd tətbiq olunub.

Daha uzun müddət gözləyən xəstələrin bədənlərində ikinci peyvənd dozasından sonra daha çox antitel aşkarlanıb.

Tədqiqatçılar 12 həftə fasilə ilə tətbiq olunan peyvəndlənmədə COVID-19-a qarşı immunitetin daha uzun müddət davam edə biləcəyi ehtimalının olduğunu, lakin bu mövzuda daha çox araşdırma aparılmasının vacibliyini bildiriblər.

Qeyd edək ki, İngiltərədə vaksinin məhdud sayda olduğu dekabr ayında daha çox insana ilk dozanın çatdırıla bilməsi üçün iki doza arasındakı fasilənin 12 həftəyə qədər artırılmasına icazə verilmişdi.