“COVID-26 və COVID-32 də gəlir” – Bayden şübhələrində haqlı çıxdıbackend
Dünya
246

“COVID-26 və COVID-32 də gəlir” – Bayden şübhələrində haqlı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın məşhur viroloji və mikrobiologiya professoru koronavirusun yeni növləri ilə bağlı açıqlama verib.
APress.az CNN-ə istinadən xəbər verir ki, professor Peter Hotez COVID-26 və COVID-32-nin yaranması ilə bağlı ehtimalların böyük olduğunu deyib. Mütəxəssis buna səbəb kimi 3.5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-un yaranmasının əsl səbəbinin bilinmədiyini qeyd edib. P.Hotez yarana biləcək yeni virusların daha təhlükəli olacağını qeyd edib.
Xatırladaq ki, keçən həftə ABŞ prezidenti Co Bayden COVID-19-un mənşəyinin araşdırılması ilə bağlı göstəriş verib və işçi qrupun qarşısına 90 gün müddətində vaxt qoyub.
Qrup üzvləri artıq bəzi nəticələrə gəldiklərini və virusun laboratoriya şəraitində yaradıldığını bildirib. Mütəxəsisslər COVID-19-un hansısa virusdan yaranmadığını, yəni əcdadının olmadığını deyib.