Bu gündən etibarən respublika ərazisində hava şəraiti dəyişəcək, martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə -1 dərəcə olacaq.
APress.az xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bölgələrdə havanın daha kəskin soyuyacağınl deyib.