“COVİD-19”un dünyada, eləcə də Azərbaycanda kütləvi şəkildə yayılmasının davam etdiyi bir vaxta virusun yeni əlamətlərinin ortaya çıxması da müşahidə olunur. Son vaxtlar xəstəliyə yoluxanların bəzilərində iybilmə və dadbilmənin itməsi kimi halların olmaması bildirilir.
Bəs bu hal koronavirusun yeni növünün mutasiyaya uğraması səbəbindən ola bilərmi?
Mütəxəssislər hesab edir ki, bu hal virusun yeni növünün yayılmasından xəbər vermir.
İnfeksionist Vüqar Cavadzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, iybilmə və dadbilmənin itməməsi koronavirusun müxtəlif simptomları ilə əlaqədardır:
“Virusa yoluxanlar arasında bu cür halların müşahidə olunması yeni növ virusla əlaqəli deyil. Bu, sadəcə, virusun müxtəlif simptomlarıdır. Bildiyimiz kimi koronavirusun simptom və asimptom halları var. Yəni xəstəliyə yoluxanların bəzilərində bu simptomlar müşahidə olunduğu halda, bəziləri bu xəstəliyi simptomsuz keçirir. Yoluxanlar arasında iybilmə və dadbilmənin itməməsi də bununla əlaqədardır. Həmin xəstələr bu virusa simptomların az müşahidə olunması ilə yoluxur”.
Vüqar Cavadzadənin sözlərinə görə, bu halların müşahidə olunması xəstəliyə yoluxanların immunitetindən asılı deyil: “Onu da qeyd edim ki, xəstəliyi simptomsuz və ya simptomlu keçirmək insanların immunitetindən asılı deyil. Bu, koronavirusun müxtəlif halları səbəbindən baş verir”.