Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 328 159 nəfər koronavirusa yoluxub. Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 612 nəfərdir.
Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.