Daha bir ölkə rusiyalı diplomatları deportasiya etdibackend
Dünya
240

Daha bir ölkə rusiyalı diplomatları deportasiya etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfirliyində çalışan 3 rus diplomatının “persona non qrata” elan edildiyini və barələrində deportasiya qərarı alındığını açıqlayıb.
APress.az xəbər verir ki, nazirliyin verdiyi açıqlamada Rusiya səfirinin nazirliyə çağırıldığı və 3 diplomatın deportasiya qərarının ona bildirildiyi qeyd edilib.
Açıqlamada sözügedən diplomatların diplomatik çərçivələri pozaraq Polşaya ziyan vuran fəaliyyətlər göstərdikləri diqqətə çatdırılıb.
Bəyanatda Polşanın Rusiyaya qarşı verdiyi qərarlarla əlaqədar olaraq ABŞ-la tam həmrəy olduğu bildirilib.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Co Bayden kiberhücum cəhdi və prezident seçkilərinə müdaxilə ilə əlaqəsi olan 10 rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.
Sfera.az