Vətən Müharibəsi qazisi Şərifli İlqar Bəxtiyar oğlu tibb bacısı ilə ailə həyatı qurub.
APress.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Qazinin evləndiyi xanım xəstəxanada müalicə aldığı müddətdə ona qulluq edib.
Qeyd edək ki, Ş. İlqar döyüşlərdə ağır yaralanıb. O, ağciyər, ürək, bel sümüyü nahiyəsindən qəlpə yaraları alıb. Müharibə iştirakçısı sağlamlığına qovuşmaq üçün 3 dəfə əməliyyat olunub.
Qaynarinfo