Daşkəsən rayonunda “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan APress.az-a verilən məlumata görə, Daşkədən RPŞ əməkdaşları tərəfindən çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.