DÇ-2022: Əliyar Ağayev Danimarkaya hakimlik edəcəkbackend
İdman
302

DÇ-2022: Əliyar Ağayev Danimarkaya hakimlik edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının seçmə oyununa təyinat alıb.

“Report”un məlumatına görə, o, F qrupundakı Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.