“Delta” ştammına qarşı ƏN EFFEKTLİ vaksin açıqlandıbackend
Cəmiyyət
389

“Delta” ştammına qarşı ƏN EFFEKTLİ vaksin açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail İctimai Yayım Korporasiyası İbrani Universitetinin “Pfizer-BionNTech” peyvəndinin “delta” ştammına qarşı effektivliyi barədə apardığı araşdırmanın nəticələrini açıqlayıb.

APress.az xəbər verir ki, tədqiqata görə, “Pfizer-BioNTech” tərəfindən ortaq şəkildə hazırlanan peyvənd “delta” variantına qarşı 70 faiz effektlidir.

Araşdırmada “delta” ştammına yoluxmuş insanlarda ciddi simptomların qarşısının alınmasında peyvəndin təsirinin digər variantlara qarşı göstərdiyi təsirdən daha aşağı olduğu da bildirilib.

İsrailin apardığı əvvəlki tədqiqatlarda “Pfizer-BioNTech” peyvəndinin COVID-19-un digər variantlarına qarşı 95 faiz effektli olduğunu ortaya qoyub. Vaksin olunan şəxslər koronavirusun digər ştammlarına yoluxsalar da, onlarda bir çox simptomlar müşahidə olunmayıb.