“Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır” – Tanınmış həkimdən AÇIQLAMAbackend
Cəmiyyət
245

“Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır” – Tanınmış həkimdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
  • “Delta ştammının yaratdığı xəstəlik əvvəlki ştammlardan daha tez sağalır”.

 

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib.

 

O bildirib ki, əgər xəstənin əl barmağı ucundan pulsoksimetr cihazı ilə ölçülən oksigen saturasiyası 95-dən yuxarıdırsa və boğulma, təngənəfəslik, ciddi halsızlıq, yanaşı ağır xəstəliyi yoxdursa panikaya heç bir əsas yoxdur:

 

“Xəstəliyi yüngül keçirənlərin heç birinin ciddi müalicəyə ehtiyac yoxdur. Delta ştammı əvvəlkilərdən daha yüngül əlamətlərlə keçir. Qorxudan gedib KT və digər müayinələrdən, analizlərdən keçmək lazım deyil. Digər tərəfdən indiki yoluxma sayı 2019-2020-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir.

 

Çünki əvvəlki yoluxmalarda biz virusu yaxşı tanımırdıq, törədəcəyi fəsadları bilmirdik, ona görə də dünyada itkilər çox olurdu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarından biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır”.

 

Mütəxəssis vurğulayıb ki, hazırkı Delta ştammının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki Britaniya, Cənubi Afrika, Braziliya, Çin və s. ştammlarından azdır:

 

“Buna görə də narahatlığa heç bir əsas yoxdur. Rəsmi qurumlar hazırkı yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdır. Niyə açıqlamırlar? Məqsəd nədir? Bax, burada qaranlıq nüanslar var və haqlı olaraq bizə şübhələnməyə əsas verir.

 

Hazırkı yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5% civarındadırsa, heç bir karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, biz artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır”.