Ötən gün Novxanıda (qeyri-çimərlik ərazi) batan İsmayılov Zaurun ikinci kurs tələbəsi olduğu məlum olub.
APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə “Azərbaycan Universitetləri” səhifəsində məlumat verilib.
Qeyd edilib ki, 21 yaşlı Z. İsmayılov UNEC-də (Azərbaycan Dövlət İqtisad Universiteti – red.) ikinci kurs tələbəsi imiş.