Deputatla vəkil arasında insident niyə baş verib? – VİDEObackend
Cəmiyyət
370

Deputatla vəkil arasında insident niyə baş verib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda millət vəkili ilə vəkil arasında insident yaranıb.

APress.az xəbər verir ki, hadisə “Four Seasons” hotelində məhkəmə qərarının icrası zamanı baş verib.

Milli Məclisin deputatı Ramil Həsən və vəkil Muxtar Mustafayev məhkəmə icraçısının da iştirakı ilə həyata keçirilən proses zamanı mübahisə etməyə başlayıblar və mübahisə qarşılıqlı təhqirlərlə müşayiət olunub.

Məsələ ilə bağlı R.Həsən fikirlərini REAL TV ilə bölüşüb:

“Qanunverici hakimiyyətin təmsilçisi olaraq, hər birimiz sadə Azərbaycan vətəndaşı kimi qanunlara riayət edirik. Konstitusiyanın müvafiq bəndlərinə görə, bizim hüquqlarımızın biri də bundan ibarətdir ki, icazəmiz olmadan hər hansı bir şəxsin və ya o şəxsin nümayəndəsinin videoçəkiliş aparmasına icazə verilmir.

Şəxsi həyatın toxunulmazlığı Konstitusiyada təsbit edilib. Təəssüf ki, buna baxmayaraq, vəkilliklə məşğul olan bir şəxs bilavasitə mənim gözümün qarşısında ətyrafındakı adamlara təlimat verir ki, belə bir videoçəkiliş həyata keçirsin.

Təəssüf edirəm ki, Vəkillər Kollegiyasının nümayəndəsi, eyni zamanda, bəzi mətbuat orqanları təxribatçı addımlarla ölkə gündəmini şəxsi zəmində başqa istiqamətlərə yönəltməyə cəhd edirlər”.

Vəkil Muxtar Mustafayev isə açıqlamasında bildirib ki, əslində, məhkəmə qərarının icrasında iştirak etmək hüququ olmayan millət vəkili qəsdən qarşıdurma yaradıb:

“Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın uşağı ilə görüşü təmin edilməli idi. Görüş həmin hoteldə müəyyənləşdirilmişdi. Görüş zamanı Ramil Həsən icraya müdaxilə edirdi”.