Türkiyənin Mersin şəhərində dilənçilərə qarşı əməliyyat çərçivəsində saxlanılan qadının varidatı hər kəsi təəccübləndirib.
APress.az oxu.az-a istinadən bildirir ki, hüquq mühafizə orqanlarının araşdırması nəticəsində əsasən məscid yaxınlığında dilənçilik edən N.Ç. adlı qadının öz adına evi və maşını olduğu ortaya çıxıb.
Qadın və onunla birlikdə saxlanılan digər dilənçilər cərimələnərək evə buraxılıb.
Hüquq mühafizə idarəsindən isə vətəndaşlara müraciət edilərək insanların dini və vicdani hisllərindən yararlanaraq pul toplamağa çalışanlara etibar edilməməsi istənilib.