Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sözügedən paylaşımdan məlumatlıdırlar: “Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.