DİN-dən ƏMƏLİYYAT: 7 ton çətənə kolu məhv edildibackend
Cəmiyyət
42

DİN-dən ƏMƏLİYYAT: 7 ton çətənə kolu məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.

DİN-dən APress.az-a verilən məlumata görə, Baş İdarəyə Xaçmaz rayonu Nabran qəsəbəsində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal məlumat nəzarətə götürülüb. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri zəruri və təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Nabran qəsəbəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Cavat Cavatov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı Cavat Cavatov tərəfindən kultivasiya edilən yaş kütləsi 7 ton 765 kiloqram olan ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib. Beləliklə Baş İdarənin əməkdaşlarının keçirdiyi sonuncu əməliyyat zamanı çəkisi 7 tondan artıq kultivasiya edilən ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar olunan faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.