Ötən gün paytaxtın Sahil metrostansiyası yaxınlığında yerləşən Xəqani bağında insident olub.
APress.az “oxu.az”a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə gənclərin mübahisə etdiyi görünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib ki, videosu yayılan mübahisə iyunun 14-də gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb:
“Sözügedən mübahisədə xəsarət alan yoxdur. Tərəflər polisə müraciət edərək hər hansı şikayətlərinin olmadığını, aralarında anlaşılmazlıq olduğunu bildiriblər”.