DİN-dən polislə mübahisə edən şəxslə bağlı AÇIQLAMA (VİDEO)backend
Cəmiyyət
287

DİN-dən polislə mübahisə edən şəxslə bağlı AÇIQLAMA (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünü öldürmək istəyib.  Bu barədə görüntülər sosial şəbəkələrdə  yayılıb. Belə ki, əks olunan videgörüntülərdə şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib. 

DİN-nin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb. Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir.