DİN: “Palatka” toyları risklidir, restoranları tövsiyə edirik”backend
Cəmiyyət
375

DİN: “Palatka” toyları risklidir, restoranları tövsiyə edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Pandemiya şəraitində “palatka” toylarının keçirilməsi o qədər də tövsiyə edilmir”.
Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur:
“Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir. 50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsin özündən asılıdır. Bununla bağlı yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları iş aparacaq ki, vətəndaşlarımız diqqətli olsun. Açıq havada kənd yerlərində toyların keçirilməsi isə infeksiya şəraitində risklidir və sağlamlıq üçün təhlükə yaradır. Tövsiyə edirik ki, bu tədbirləri fəaliyyətinə icazə verilən məkanlarda, yəni restoranlarda həyata keçirsinlər”.
Əlavə olaraq bildirib ki, polis əməkdaşları toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacaq.
Heç bir halda polis əməkdaşları toy mərasimləri keçirilən zala daxil olmaqda maraqlı deyil:
“Tədbirlərin təşkilinə beş gün qalmış bu işlər tənzimlənəcək. Restoran, ictimai iaşə obyektlərinin rəhbərləri ilə görüşlər keçirilir və digər dövlət qurumları ilə əməkdaşlıq gücləndirilib. Bütün risklər nəzərdən keçirilib və müzakirə olunub. Polis heç bir halda və heç bir formada vətəndaşın tədbir zalına daxil olub, orada kimisə cərimələməkdə maraqlı deyil”.