Diyarbəkirdə hərbi hissəyə hücum olubbackend
Dünya
220

Diyarbəkirdə hərbi hissəyə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Diyarbəkir şəhərində hərbi hissəyə hücum cəhdi olub.

APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Diyarbəkirdə bir hərbi hissəyə 2 ədəd maket təyyarə ilə hücum cəhdi edilib, maket təyyarələr zərərsizləşdirilib. İtki yaşanmayıb”, – deyə Soylu qeyd edib.

Gecə vaxtı baş verən partlayış çox sayda insan tərəfindən hiss edilib, evlər silkələnib. Partlayış şəhərdə təşvişə səbəb olub.

Türkiyə Müdafiə Nazirliyinin hücumla əlaqədar verdiyi açıqlamada hərbi hissədə lazımi fiziki tədbirlərin alındığı bildirilib.