Şəkidə 15 yaşlı qız ərə verilib.
APress.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Şəkinin Dəhnə kəndində baş verib. 15 yaşlı Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi haqda məlumatlar var.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Modern.az-a açıqlama verib.
O bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında mətbuata ətraflı məlumat veriləcək