Dövlət Xidmətindən “WhatsApp” XƏBƏRDARLIĞI: Məlumatlarınız oğurlanırbackend
Gündəm
326

Dövlət Xidmətindən “WhatsApp” XƏBƏRDARLIĞI: Məlumatlarınız oğurlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

APress.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “WhatsApp Pink” tam zərərli bir tətbiqdir: “Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır. “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır”.