DTX və DİN Ağdamda əməliyyat keçirdibackend
Cəmiyyət
298

DTX və DİN Ağdamda əməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.