Zimbabvedə Mişek Nyandoro adlı şəxs dünyanı şoka salıb.
APress.az xəbər verir ki, 16 arvadı və 151 uşağı olan Mişek hədəfinin 100 arvad olduğunu deyib. Mbire bölgəsində yaşayan 66 yaşlı ata rekord qırmaq niyyətindədir.
O, bu il 17-ci evliliyini planladığını açıqlayıb. “Maddi sıxıntım yoxdur. Tarlalarım var və uşaqlarım orda çalışır, qazancım da ordan gəlir” -, deyə Nyandoro qeyd edib.
Onun sözlərinə görə, 2 oğlu polis, 6-sı əsgərdir, 13 qızını isə artıq evləndirib.
Sfera.az