Dünya şöhrətli azərbaycanlı vəfat etdibackend
Gündəm
505

Dünya şöhrətli azərbaycanlı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli azərbaycanlı arxeoloq Rauf Munçayev vəfat edib.

Bu barədə APress.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, R.Munçayev Moskvada 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.