Çinin cənubunda yerləşən Szyansu vilayətində dünyada ilk dəfə insanın H10N3 quş qripinə yoluxması halı qeydə alınıb.
APress.az məlumat verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Məlumata görə, Çjenszyan şəhərinin 41 yaşlı kişi sakini aprel ayının sonlarında hərarət hiss edib və bir neçə gün sonra vəziyyətinin pisləşməsi səbəbindən həkimə müraciət edərək xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabitləşib və demək olar ki, xəstəxanadan buraxılmaq üçün tələb olunan bütün meyarlara cavab verir.
Mayın 28-də Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstə ilə bağlı nümunələr üzərində təhlil aparıb və belə qərara gəlib ki, həmin şəxs H10N3 virusuna yoluxub. Onunla əlaqədə olmuş bütün şəxslər hazırda tibbi nəzarətə götürülüb. Hələlik onlar arasında xəstəlik aşkarlanmayıb.
Qurumun məlumatında qeyd olunur ki, “H10N3 virusu quşlardan törəyib, belə ki, genomun təhlili nəticəsində məlum olub ki, bu virus insanları yoluxdurmaq qabiliyyətində deyil”. Qeyd edək ki, daha əvvəl dünyada insanların H10N3 virusuna yoluxması ilə bağlı bir hadisə belə qeydə alınmayıb. Virus quşlar arasında ötürülür və aşağı patogenliyə malikdir.
azxeber.com