Dünyanın 5 nəhəngi AÇIQLAMA YAYDI: Ukraynanın yanındayıqbackend
Dünya
236

Dünyanın 5 nəhəngi AÇIQLAMA YAYDI: Ukraynanın yanındayıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyanı Ukrayna ilə bağlı deeskalasiyaya çağırır.

APress.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı beş ölkənin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra ABŞ Dövlət Departamenti yayıb.

Məlumata görə, diplomatlar Ukraynanın Rusiya provokasiyaları qarşısında səbir göstərməsini təqdir ediblər.

Onlar, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiklərini bildiriblər.