Dünyanın ən varlı insanından boşandı – Müəllimlə ailə qurdubackend
Dünya
286

Dünyanın ən varlı insanından boşandı – Müəllimlə ailə qurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən varlı insanlarından biri olan Jeff Bezosdan ayrılan milyarder MacKenzi Skott övladlarının təhsil aldığı məktəbdə müəllim işləyən bəy ilə ailə qurub.

Redaktor.az-ın məlumatına görə, “Amazon”un qurucusu və 193 milyard dollar sərvəti ilə dünyanın ən zəngin insanı Jeff Bezosdan boşandıqdan sonra şirkətin səhmlərinin 4 faizini alan MacKenzi Skott, var-dövləti ilə dünyanın ən zəngin insanları siyahısında da 22-ci yerdədir. Onun sərvəti 53 milyard dollar təşkil edir.

İki il öncə evliliyini sonlandıran MacKenzi Skott məktəbdə müəllim işləyən Dan Jevet ilə ailə həyatı qurub. O evliliyi barədə bunları deyib: “Dünyadakı ən səxavətli və ən xeyirxah insanla evləndim”.