Amerikalı aktyor Norman Lloyd 106 yaşında Los-Ancelesdəki (Kaliforniya ştatı) evində dünyasını dəyişib.
APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Variety” jurnalı onun prodüseri Din Harqrouva istinadən bildirib.
İxtisaslaşmış “oldest.org” internet resursunun məlumatlarına əsasən, Lloyd sənayedə çalışan ən yaşlı aktyor idi.
“Variety” qeyd edir ki, aktyor ömrünün son günlərinə qədər müxtəlif müsabiqələr, festivallar və şouların münsiflər heyətinin tərkibində yer alırdı.
1914-cü il noyabrın 8-də anadan olan Lloydun karyerası ötən əsrin 30-cu illərində Nyu-Yorkda başlayıb. Aktyor 60-dan çox film və teleşoularda, o cümlədən məşhur rejissor Alfred Hiçkokun (1899-1980) “Diversant” (Saboteur, 1942) və “Tilsimlənmiş” (Spellbound, 1945) adlı ekran işlərində çəkilib.