Düşənbədə TƏHŞƏTLİ PARTLAYIŞ: 29 nəfər xəstəxanaya çatdırıldıbackend
Dünya
288

Düşənbədə TƏHŞƏTLİ PARTLAYIŞ: 29 nəfər xəstəxanaya çatdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən gecə Düşənbənin Zarafşon mikrorayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Publika.az Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı haqqında hələ ki, məlumat verilmir. Xəstəxanaya yanğın diaqnozu ilə 29 nəfər çatdırılıb. Onların 5-i ağır vəziyyətdədir

Partlayışda baş verən alovun hündürlüyü 50 metrə çatıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib.

Partlayışın səbəbləri araşdırılır.