DYP-dən “Formula 1″lə bağlı sürücülərə MÜRACİƏTbackend
Cəmiyyət
30

DYP-dən “Formula 1″lə bağlı sürücülərə MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.

APress.az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xəqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

O deyib ki, qeyd edilən küçələr istiqamətində yarış ərəfəsində tərəfimizdən həyata keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi vacib şərtdir:

“Bununla əlaqəli bu istqamətə Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermantov, Mirzə Fətəli Axundov adına parka və onun ətrafı olan küçələr, Bünyad Sərdarov, Azərbaycan prosipekti, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri 31 may tarixindən mayın 8-dək bu istqamətlər üzrə hərəkətdə olan avtomobil sürücülərinə müraciət edirik ki, istiqamətin dəyişdirilməsini nəzərə alsınlar. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər”.