backend
Şou
560

Əfəndinin bu geyimi də tənqid edildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eurovision 2021” təmsilçimiz Samirə Əfəndinin yarışma üçün hazırlanan geyimləri sosial şəbəkədə tənqid edilib.

APress.az xəbər verir ki, ötən gün açılış mərasiminə qatılan ifaçı yenə modelyer Rüfət İsmayılın kolleksiyasına üz tutub.

Ön hissəsi qısa, arxası uzun şleyfli çəhrayı paltar seçən müğənni müzakirələrə səbəb olub. İlk növbədə paltarı bir müddət əvvəl Xalq artisti Aygün Kazımova konsertlərindən birində geyinib. Paltarın yuxarı hissəsinə isə bir az dəyişiklik olunub.

Samirənin beynəlxalq bir yarışmada bu cür təkrar geyimlərdən istifadə edilməsi birmənalı qarşılanmayıb. Sənətçinin hətta “Eurovision 2021” səhnəsinə çıxacağı geyimi də bəyənilməyib. Qara rəngli bodi tərzdə paltar yenə də Aygün Kazımovanın fotosessiyalarından birində istifadə edilib. Sözügedən libasın da müəllifi R.İsmayıldır.

Qeyd edək ki, ifaçı yarışmada Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edəcək.

Əfəndinin bu geyimi də tənqid edildi- FOTOLAR

Əfəndinin bu geyimi də tənqid edildi- FOTOLAR

Unikal.org