Əkrəm İmamoğlu 20 min lirə təzminat ödəyəcəkbackend
Dünya
341

Əkrəm İmamoğlu 20 min lirə təzminat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədri Əkrəm İmamoğlu 20 min türk lirəsi məbləğində təzminat ödəyəcək.
Sfera.az bildirir ki, buna İmamoğlunun keçmiş Ordu valisi Səddar Yavuzla yaşadığı qalmaqal səbəb olub.
Ordu Baş Prokurorluğunun apardığı, 17 Mart 2021-ci ildə nəticələnən istintaq prosesində məhkəmə İmamoğludan 354 günün qarşılığında 7 min 80 türk lirəsi tələb etmişdi. Bu gün keçirilən məhkəmədə isə mənəvi təzminatla yanaşı, onun faizinin ödənilməsinə də qərar verilib.
Xatırladaq ki, Ordu Valiliyi Əkrəm İmamoğlu barəsində prokurorluğa şikayət etmişdi. Səbəb isə Ordu hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının İmamoğlunun VİP salondan isifadəsinə icazə verməməsi nəticəsində yaranan qalmaqal idi. Aeroportun təhlükəsizlik əməkdaşları İmamoğlunun və yanındakıların VİP salondan keçmək üçün imtiyazlara malik olmadıqlarını bildirmişdilər. Onlar İmamoğlunun üstünü detektorla axtarmaq istəmiş və bunların valinin təlimatı ilə edildiyini çatdırmışdılar. Bu zaman aeroportun giriş qapısı ağzında gərginlik yaşanmış və İmamoğlu Ordu valisi Serdar Yavuza “it” demişdi. Daha sonra İmamoğlu “it” yox, “bəsitlik” sözündən istifadə etdiyini açıqlamışdı.