Eldar Əzizov və  İsrafil Kərimov jurnalistləri lağa qoydu – Rus rublu göndərdi – FOTObackend
Cəmiyyət
458

Eldar Əzizov və İsrafil Kərimov jurnalistləri lağa qoydu – Rus rublu göndərdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Bu münasibətlə ölkədəki əksər rəsmi qurumlar, şirkətlər jurnalistləri təbrik edir, müxtəlif tədbirlər təşkil edir.

 

Bu gün redaksiyanın elektron ünvanına Bakı Şəhər İcra Hakimiyyəti adından (İsrafil Kərimovun mail ünvanından) təbrik maili göndərilib.

 

“Milli Mətbuat günü münasibəti ilə təbrik” adlı mail məktuba iki şəkil əlavə olunub.

 

Şəkillərdən biri Həsən Bəy Zərdabinindir. Diğəri isə manat və rus rublu olan şəkildir.

 

Təbrik mailində Həsən Bəy Zərdabinin şəkilini anladıq, bəs rus rublu və manat olan diğər pul şəkli nə deməkdir?

 

Bakı meri Eldar Əzizov və yaxud onun sağ əli İsrafil Kərimov bizi lağamı qoyur? Milli Mətbuat Günü 143 mail ünvanına göndərilən bu şəkil nə deməkdir?

 

Bakı meri Eldar Əzizov doğrudanmı mətbuatı və jurnalistləri özü kimi rüşvətxor və korrupsioner hesab edir? Yoxsa bu addımın adı nədir? Bu lağa qoymaq deyil bəs nədir?

 

Bizimxeber.az olaraq təbriki qəbul etmirik və Eldar Əzizovla İsrafil Kərimova bu hərəkətinə görə çox ayıb olsun deyirik.

 

Qeyd edək ki, Eldar Əzizov vəzifəyə təyin olunan gündən mətbuata aylıq pul ötürür və nəticədə bu yolla bəzi jurnaliustləri özünə “dost” kimi saxlayır.

 

Bir daha meriyanın bu addımını pisləyirik və bu gündən sonra onların bütün xəbərlərinin dərcinə qadağa qoyuruq