“Əli İnsanova yumruq vurdum, ağzıüstə yerə yıxıldı” – Əhəd Abıyevdən şok açıqlamabackend
Cəmiyyət
1328

“Əli İnsanova yumruq vurdum, ağzıüstə yerə yıxıldı” – Əhəd Abıyevdən şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı baş tutub.

APress.az xəbər verir ki, açılış zamanı icra başçısı Əhəd Əbiyev sabiq səhiyyə naziri Əli İnsanovu tənqid edib.

“Deputat olduğum illərdə Heydər Əliyev adına Respublika Sarayı qarşısında keçirilən tədbirdə müxtəlif rayonlardan olan şəxslər Əli İnsanova yaxışlaşaraq bəzi xahişlər edirdilər. Ə.İnsanov da həmin insanları təhqir edirdi. Bu vaxt bir neçə nazir də orada idi. Mən ona iradımı bildirdim və dedim ki, niyə vətəndaşı təhqir edirsən. Onun kobud cavabından sonra özümü saxlaya bilmədim. İdmançı, boksçu olmağımdan istifadə edib, ona möhkəm yumruq vurdum. Əli İnsanov həmin yumruğun təsirindən ağzı üstə yerə yıxıldı. Bunu bütün mətbuat da, bir çox şəxslər də bilir. Həmin hadisədən bir müddət sonra onu həbs etdilər. Arvadı faşist “nemka” olduğu təqdirdə, Ə.İnsanov hansı dövlətçilikdən danışa bilər?!”.

Ə.Əbiyev qeyd edib ki, bir neçə gün öncə özünü şəhid ailəsi kimi təqdim edərək, onun adamları tərəfindən döyüldüyünü iddia edən Sevda Şıxıyeva Əli İnsanovun adamıdır:

“Onlar Əli İnsanovun partiyası ətrafında toplaşaraq Daşkəsəndə müxalifət partiyası yaratmaq istəyirdilər. Mən bunların qarşısını almışam. O şəxslər Ə.İnsanovla birlikdə şəhid ailələrinin adından istifadə edərək yalan, böhtan yayırlar”. // 32gun.news