Elm adamları istilərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDIbackend
Dünya
330

Elm adamları istilərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elm adamları istilərlə bağlı həyəcan təbili çalıb.
APress.az bildirir ki, Kanada və ABŞ başda olmaqla,  Şimal yarımkürəsində hiss edilən istilər iqlim dəyişikliyi ilə bağlı narahatlıqları artırıb.
Dünya Meteorologiya Təşkilatının (DMT) iqlim şöbəsinin direktoru Omar Baddour bildirib ki,  bu cür havalara səbəb  istixana qazlarının  (su buxarı, karbon dioksid, metan) çoxluğu ilə qlobal istiləşmənin artmasıdır. DMT-yə görə həmçinin, isti hava dalğaları artıq daha tez başlayıb, daha gec bitir və bu vəziyyət insan həyatını təhlükəyə atan, ətraf mühit üçün ciddi fəsadlara yol açan böhran halına səbəb olub.
Böyük Britaniya Meteoroloji Xidmətinin iqlim məsələləri üzrə mütəxəssisi Nikos Kristidis  iqlim dəyişikliyinin insanlardan qaynaqlandığını deyib. Tədqiqatçıların fikrincə, bütün bunlar yeni sosial və iqtisadi risklərlə nəticələnə bilər.
Qeyd edək ki, Kanadada havanın temperaturu rekord həddə çatıb. 50 dərəcəyə qalxan temperatur ölkənin qərb bölgələrində ölümlərə səbəb olub.  Son 5 gündə 486 adam dünyasını dəyişib.